“Neftçi”nin potensial rəqibləri: “Tottenhem”, “Milan”, “Qalatasaray”... » İnterxəbər.Az
interxeber.az » İdman » “Neftçi”nin potensial rəqibləri: “Tottenhem”, “Milan”, “Qalatasaray”...


“Neftçi”nin potensial rəqibləri: “Tottenhem”, “Milan”, “Qalatasaray”...

28-08-2020, 07:20
Oxunub: 158
Çap et
UEFA Avropa Liqasının II təsnifat mərhələsinə dünən Şimali Makedoniyanın “Şkupi” komandası üzərində qələbə (2:1) ilə vəsiqə qazanan “Neftçi”nin potensial rəqibləri müəyyənləşib.

II təsnifat mərhələsində 36 komanda “Neftçi”nin potensial rəqibidir.

“Neftçi” növbəti püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, reytinqi daha yuxarı olan komandalar “Neftçi”nin rəqibi olacaq.


Potensial rəqiblər sırasında “Tottenhem”, “Milan”, “Qalatasaray”, Moskva “Dinamo”su kimi məşhur komandalar da var. Həmçinin, “Sumqayıt”ı dünən Avropa Liqasından iki penalti qolu ilə məğlub etmiş “Şkendiya” da “Neftçi”nin rəqibi ola bilər. Bundan başqa, klublarımıza tanış olan “Kopenhagen”, APOEL, “Partizan”, “Rusenborq”, “Apollon” və “Lex” kimi komandalar da rəqiblər arasındadır.

Səpələnmişlər səbəti: “Tottenhem” (İngiltərə), “Bazel” (İsveçrə), “Kopenhagen” (Danimarka), “Volfsburq” (Almaniya), APOEL (Kipr), BATE (Belarus), “Qalatasaray” (Türkiyə), “Malmö” (İsveç), “Partizan” (Serbiya), “Standard” (Belçika), “Styaua” (Rumıniya), “Qranada” (İspaniya), “Milan” (İtaliya), “Reyncers” (Şotlandiya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Reyms” (Fransa), “Fehervar” (Macarıstan), “Riu Ave” (Portuqaliya), “Dinamo” (Rusiya), “Slovan” (Çexiya), “Xayduk” (Xorvatiya), “Şkendiya” (Şimali Makedoniya), “Kolos” (Ukrayna), “Vilem II” (Hollandiya), TNS (Uels), “Yablonets” (Çexiya), “Lex” (Polşa), “Hartberq” (Avstriya), “Aberdin” (Şotlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Kayrat” (Qazaxıstan), “Jalqiris” (Vilnüs, Litva), “Orhus” (Danimarka), “Motervel” (Şotlandiya).

Qeyd edək ki, püşkatma mərasimi avqustun 31-də keçiriləcək. Püşkatma zamanı “Neftçi”nin mərhələ oyununu Bakıda və ya səfərdə keçirməsi müəyyənləşəcək.
Reytinq: