İdman
7.04.2015, 21:45
Aprelin 9 da böyük oyun var
Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları bir gündə - aprelin 9-da keçiriləcək.
Turun ən çox diqqət çəkən oyunları "Qəbələ" - "Simurq" və "Xəzər Lənkəran" - "Neftçi" görüşləridir.
"Qəbələ"ylə "Simurq" Avropa Liqasına vəsiqə uğrunda yarışır ki, bu tur Avropanı kimin daha çox haqq etdiyini göstərə bilər.
"Xəzər Lənkəran"la "Neftçi" arasındakı qarşılaşmalar haqda isə uzun-uzadı danışmasaq da olar. Bu komandalardan hansının hansı mövqedə, hansı gücdə olmasından asılı olmayaraq, görüşləri maraqlı və gərgin keçir. Bir sözlə, bu tur "böyük oyun" var.
Azərbaycan Premyer Liqası, 29-cu tur
9 aprel
Sumqayıt - Bakı
Qarabağ - AZAL
Qəbələ -Simurq
Xəzər Lənkəran - Neftçi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay