Şou Biznes
30.01.2015, 21:38
Fatimə meyxanaçı qardaşlarla birləşdi
Rəqqasə Fatimə Fətəliyeva meyxanaçı İntiqam və Ehtiram qardaşları ilə işbirliyinə başlayır.
Bu barədə rəqqasənin özü məlumat verib.
O bildirib ki, Azərbaycanda analoqu olmayan bir layihənin hazırlığına start verilir:
"Bir neçə ay öncə İntiqam və Ehtiram qardaşları ilə görüşüb söhbət etdik. Həmin layihədə bu illər ərzində hazırladığım rəqslərdən nömrələr yer alacaq.
Ətraflı danışmaq istəmirəm. Çünki şou-biznesdə ideya oğruları çoxdur. Yaxın müddətdə çəkilişlərə başlayacağıq.
Hazır olduqdan sonra mediaya təqdim ediləcək. Düşünürəm ki, həyata keçirəcəyimiz bu layihə Azərbaycanda bir yenilik olacaq".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay