Şərəfli Elm Yolu
Ömür yoluna nəzər salanda zəngin bioqrafiyaya malik olan əslən Ağdamdan olan Şiraz Məmmədov Məcnun oğlu haqqında söz açmaq əslində çox cetindir. Belə demiş söyləmiş ata-babalarımız alimin (ülemanın) mürəkkəbi şəhidlərin qanından üstün tutulur. Təsadüfü deyildir ki; ən dəqiq elmlərin şahı olan ümumən Kimya alimi' D.İ. Mendeleyev mükafatı laureatı ilə təltif olunmuşdur. Elə buna görədə bu zəngin büsbütün həyati bioqrafiyasını sizlərə təqdim edirik
Məmmədov Şiraz Məcnun oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitututunun "Polimerlərin Radiasiya Kimyası və Texnologiyası" laboratoriyasının rəhbəri, kimya elmlər doktorudur.
Həyatı
Məmmədov Şiraz Məcnun oğlu 14 sentyabr 1944-cü ildə Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir.
Elmi fəaliyyəti
Ş.Məmmədov kükürdsüz vulkanlaşma prosesinin aparılması, neft və maşınqayırma sənayeləri üçün aqressiv maddələrə davamlı polimer materiallarını hazırlanması, polimer əsaslı sürtku yağlarının alınmasını tədqiq etmişdir.
Şiraz Məmmədov Beynəlxalq Fundamental Təhsil Akademiyasının həqiqi üzvüdür. Alim, D.İ.Mendeleyev mükafatına layiq görülmüşdür.
Bakı Dövlət Universiteti, Kimya fakültəsində müəllimlik fəaliyyəti ilə məşğuldur.
Ş.Məmmədov 250 elmi əsərin müəllifidir, 180 məqaləsi xaricdə dərc olunub. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 18 məqaləsi çap olunub. O cümlədən, 30 müəlliflik şəhadətnaməsinin və patentlərin müəllifidir. Alimin rəhbərliyi altında 15 fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.
Əsas elmi nailiyyətləri
1. Kükürdsüz vulkanlaşma prosesinin aparılması
2. Neft və maşınqayırma sənayeləri üçün aqressiv maddələrə davamlı polimer materiallarının hazırlanması
3. Polimer əsaslı sürtku yağlarının alınması
Elmi əsərləri
1. Universal sintetik yapışqanın alınması
2. Radiasiyaya davamlı polimerlərin alınması
3. Butadien nitril kauçukları və onların əsasında texniki rezin məmulatı
4. Butadien nitril kauçuklarının texnoloji sintezi, emalı və vulkanlaşmasının əsasları.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay