"Formula 1" üzrə Azərbaycan Qran-prisini izləyənlər arasında şəhid və qazi ailərinin üzvləri də var.
"Report"un məlumatına görə, bununla bağlı onlara dəvət göndərilib.
Fəxri qonaqlar Azərbaycan Qran Prisini 3 gün tribunadan izləyə biləcək.
Vətən müharibəsi qazisi İlkin Əliyev "Report"a açıqlamasında bugünkü tədbirin təşkilatçılarına təşəkkür etdiyini söyləyib:
"Təşkilatçılar şəhid ailələrinə və qazilərə hörmət edərək bu tədbirə dəvət ediblər. Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk ki, mötəbər "Formula 1" yarışı ölkəmizdə keçirilir. Bu kimi yarışlar bizim övladlarımızın gələcəyi üçün yaxşıdır. Hər kəsə diqqətləri üçün minnətdaram. İlk dəfədir ki, "Formula 1"i izləyirəm və bu həyacanı yaşayıram. Bu, tam başqa hissdir. Sözlə ifadə etmək olmur, bu hissi yalnız yaşamaq lazımdır".
Milli Məclisin deputatı Nigar Arpadarai isə şəhid ailələrinin və qazilərin "Formula 1" yarışını izləməsinin sevindirici və qürurverici hal olduğunu deyib: "Bütün bu tədbirlər olanda biz düşünmürdük ki, yaxın zamanda torpaqlarımızı işğaldan azad edəcəyik. Qəhrəmanlarımızı belə tədbirlərdə qarşılamaq böyük şərəfdir. Bütün şəhid ailələrinə, qazilərə hər zaman borcluyuq. Onların ehtiyaclarının qarşılanması dövlətin əsas prioritetidir. Bütün qurumlar çalışır ki, şəhid ailələrinin və qazilərin həyat keyfiyyəti yaxşı olsun. Digər məsələlərdə də onlara dəstək olmağa çalışırıq. Onları burada görmək böyük şərəfdir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
Son xəbərlər
Şəhid ailələri və qazilər Azərbaycan Qran Prisini izləyir
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya