Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.

bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.

Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.

***

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb.

Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatında bildirilib.

"BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik", - məlumatda vurğulanıb.