Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey hazırkı hökumət başçısı Endi Börnhemi ölkənin Avropa Birliyinə yenidən qoşulması fikrindən çəkinməyə çağırıb.

Mey bu barədə BBC-yə müsahibəsində deyib.

"Ölkə olaraq “Breksit”'in lehinə səs verdiyimiz halda, Endi Börnhemin Avropa Birliyinə yenidən qoşulmaqla bağlı danışıqların davam etdirilməsi barədə dediklərini bir qədər təəccüblə qarşılayıram. Baş nazir olduğum dövrdə mən tam aydın şəkildə bildirmişdim ki, referendumda seçicilərin ifadə etdiyi iradəni həyata keçirməliyik. Buna görə də, ona mesajım budur: insanlar “Breksit”ə səs veriblər. “Breksit” baş tutub. Sadəcə bunu qəbul edin və irəliyə baxın", - Mey bildirib.