Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) X sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Livan Milli Günü münasibətilə Livan Respublikasının xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!
Milli Gününüz mübarək", - paylaşımda deyilir.
Xatırladaq ki, bu tarix 1943-cü ildə Livanın Fransadan azad olaraq müstəqillik əldə etməsi ilə bağlıdır.