KFC restoranlarında satılan toyuqlar belə yetişdirilir - Fotolar
ABŞ-ın “Kentucky Fried Chicken”, yaxud KFC fast food restoranları dünyanın bir çox ölkələrində olduğu kimi Bakıda da populyardır
Bu şəbəkəyə daxil olan restoranlar gün ərzində yüz minlərlə müştəriyə xidmət edir, hər gün on min tonlarla məhsul satır. Təkcə İngiltərədəki KFC restoranlarında hər dəqiqə ərzində təxminən 400 parça qızardılmış toyuq əti satılır.
Bəs bu toyuqlar necə yetişdirilir?
BBC-nin ingilis xidməti toyuqların istehsal mərhələsi haqda yazı dərc edib. Toyuqların necə istehsal edilməsi fotolarla göstərilib.
Qeyd edək ki, şəbəkənin özünə məxsus fermalarda yetişdirilən toyuqlar xüsusi fabriklərdə kəsilib emal olunur və dünyanın bütün ölkələrində olan KFC restoranlarına da vahid mərkəzdən göndərilir.
Qeyd edək ki, KFC-nin təkcə İngiltərədəki fermalarının birində ildə 23 milyon baş toyuq yetişdirilir. KFC-nin əməkdaşlıq etdiyi 1000 toyuq fermasında yetişdirilən toyuqlar da bu restoranlar şəbəkəsinə göndərilir.
Araşdırma zamanı məlum olub ki, bu fermalarda yetişdirilən toyuqlar cəmi 35 günlük olanda kəsimə göndərilir. Yəni yumurtadan çıxan cücə cəmi 35 gündən sonra artıq kəsilir.
Ən maraqlısı odur ki, yetişdirilən toyuqlar 35 günün tamamında qazla öldürülür və 9 parçaya ayrılır. Bişirilməyə hazır olan ət paketlənəndən sonra restoranlara göndərilir.
Toyuqların belə erkən kəsilməsi heyvan haqlarını müdafiə edən bir çox təşkilatlar tərəfindən etirazla qarşılanıb. Fermerlər isə toyuqların 35 gün ərzində normal və sağlam yetişdirildiyini deyir.
Qeyd edək ki, KFC-nin Azərbaycanda 5 restoranı fəaliyyət göstərir. Bu ticarət markasını Azərbaycana azərbaycanlı oliqarxlar - ata-oğul Nəsib və Nizami Piriyevlər gətirb. Piriyevlərin dünyanın bir çox başqa MDB ölkələrində də KFC restoranları fəaliyyət göstərir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay