Son xəbərlər
22.03.2015, 14:48
Bakı Metropoliteni yeni stansiyaların istismara verilməsi tarixini açıqlayıb
“Bənövşəyi xətt” 12 stansiyadan ibarət olacaq.
“Bakı Metropoliteni” QSC “bənövşəyi xətt”in ilk iki - “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır.
İnterxəbər.Az verir ki, bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: “Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq”.
Qeyd edək ki, “bənövşəyi xətt” 12 stansiyadan ibarət olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay