Son xəbərlər
5.01.2015, 15:37
Sərnişinlərin nəzərinə: Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA
2015-ci ildən etibarən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gedişhaqqının artırılması üçün Tarif Şurasına müraciət etməyəcək.
Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, qiyməti qaldırmaq barədə qurumun rəhbərliyi tərəfindən Tarif Şurasına müraciət olunmayıb: “Bakı Metropoliteni QSC-nin yaxın vaxtlarda Tarif Şurasına müraciət etmək fikri yoxdur. Hələ ki, metroda gediş haqqının artımı gözlənilmir. Metro sərnişinlərinin gediş haqqı ilə bağlı narahatçılığına əsas yoxdur”.
Aktual.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay