Xəbər verdiyimiz kimi, iyunun 24-dən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir.

Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, bu gün sessiya öz işini yekunlaşdırıb.

Onlayn formatda keçirilən sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib.

Sessiyanın açılış mərasimində ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunan məsələlər barədə məlumat verib, daha sonra isə ÜGT Baş katibi Kunio Mikuriyanın 2020/2021-ci illərin Strateji Planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərə dair ən son yeniliklərlə bağlı hesabatı dinlənilib.

Üç gün davam edən sessiya çərçivəsində Potensialın gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Tarif və ticarət əlaqələri, Siyasət və idarəçilik, Büdcə və maliyyə və digər məsələlərlə bağlı müzakirələr aparılıb, eləcə də Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilər keçirilib. Əhməd Əl Xəlifə növbəti dəfə ÜGT Şurasına sədr seçilib.

Sessiyanın bağlanış mərasimində çıxış edən ÜGT Baş katibi Kunio Mikuriya COVID-19 pandemiyası dövründə gömrük orqanlarının səmərəli fəaliyyətinə, faydalı müzakirələrə və irəli sürülən konstruktiv təkliflərə görə təşəkkürünü bildirib. Kunio Mikuriya, eyni zamanda Azərbaycan gömrüyünün ÜGT-nin Avropa Regionuna rəhbərliyi dövründəki fəaliyyətini, xüsusilə yüksək qiymətləndirib. Baş katib bildirib ki, pandemiya dövrünün çətinliklərinə rəğmən əməkdaşlığın gücləndirilməsi, gömrüyün gələcək inkişafı üçün faydalı qərarların qəbul olunması istiqamətində mühüm addımlar atılıb.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov da sessiyada çıxış edərək, müzakirə olunan məsələlərin gömrük işinin səmərəliliyinin artırılmasına, əməkdaşlığın gücləndirilməsinə, əldə olunan qabaqcıl təcrübələrin öyrənilməsinə və tətbiqinə fayda verəcəyinə əminliyini ifadə edib. İsmayıl Hüseynov Əhməd Əl Xəlifəni növbəti dəfə Gömrük Əməkdaşlıq Şurasına sədr seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Xatırladaq ki, ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionunun Şərq qrupu tərəfindən ÜGT-nin Siyasi Komissiyasına namizədliyi irəli sürülmüşdü. Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyasında keçirilən seçkilər zamanı ÜGT-nin Avropa Regionuna sədrlik etdiyi dövrdə səmərəli fəaliyyətinə görə Azərbaycan gömrük xidmətinin 2021-2023-cü illər üzrə Siyasi Komissiyaya üzvlüyü yekdilliklə təsdiqlənib.

Son xəbərlər

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

Bütün xəbərlər