Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 12 İyun - Rusiya Günü münasibətilə təbriklərini çatdırıb.
İqor Levitin təbriklərə görə təşəkkür edib. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.
İqor Levitin ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, ulu öndərin 100 illiyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu məmnunluqla vurğulayıb.
Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə qarşılıqlı səylərin davam etdirilməsi, yük həcmlərinin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, müasir nəqliyyat habına çevrilən ölkəmizin ərazisindən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşımalar barədə fikir mübadiləsi aparılıb.
Gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
13:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
Bu barədə AZƏRTAC xəbər verir
Son xəbərlər
İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib - YENİLƏNİB
Son xəbərlər
İtaliyanın müdafiə naziri: Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək
Siyasət
ABŞ olmasa, benzin üç dəfə baha olardı - Vens
Tarix
"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
Tarix
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Son xəbərlər
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Müsahibə
Bu tarixdə prezidentlik dövrüm başa çatacaq - Sisi
İqtisadiyyat
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı: Son qiymət
İqtisadiyyat
Azərbaycanda yük daşımaları 3% artıb
Siyasət
Tramp Rusiyaya yeni sanksiyaların tətbiqini dayandırdı
Siyasət
20 milyon ukraynalı Avropaya axın edəcək - Zelenski
İdman
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi
İqtisadiyyat
Dünya Bankı Azərbaycan iqtisadiyyatına nə qədər vəsait ayırıb?
Siyasət
Lavrov İrana gedəcək
Siyasət