
Uşaqlar üçün istirahət düşərgəsində dəstə rəhbəri üç azyaşlıya təcavüz edib
Ukraynada uşaqlar üçün istirahət düşərgəsində dəstə rəhbəri doqquz yaşlarında olan üç qıza qarşı cinsi təcavüzdə şübhəli bilinib. Bu barədə “Komsomolskaya Pravda” xəbər yayıb.
İstintaqın versiyasına görə, qurbanların sayı daha çox ola bilər.
Nəşr bildirir ki, caninin izinə təsadüfən düşülüb. Belə ki, düşərgədə istirahət edən oğlanlar valideynlərinə 47 yaşlı dəstə rəhbərinin onlardan pul almaları barədə şikayət ediblər. Düşərgənin direktoru onu söhbət eləmək üçün kabinetə çağırıb. Lakin o, özünü şübhəli apararaq qaçıb.
Administrasiya bu hərəkəti yolverilməz hesab edərək, polisə müraciət edib. Bir müddət sonra kişi saxlanılıb.
İstintaq zamanı onun uşaqlardan pul almadığı, ancaq üç azyaşlıya təcavüz etdiyi ortaya çıxıb.
Cani bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Hazırda yoxlamalara başlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay