Hadisə
6.08.2020, 03:30
Sevdiyi qıza evlilik təklif etmək istədi, ancaq evini yand
İngiltərədə sevdiyi qıza evlilik təklif etmək istəyən gənc təsadüfən evini yandırıb.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Hadisə Şeffild şəhərində baş verib. 26 yaşlı Albert iki həftə ərzində 22 yaşlı Valeriyaya evlilik təklif etməyi planlaşdırıb və evin içərisində yüzə yaxın şam yandırıb.
Bundan sonra evdən çıxıb və qızın arxasınca yola düşüb. Bu zaman mənzildə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Hər şeyə rəğmən Albert yenə də Valeriyaya evlilik təklif edib və qız ona razılıq cavabı verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay