Bu adam 20 dəqiqəyə adamı xaricə göndərir - Hipnoz?-VİDEO
Böyük Britaniyada bir hipnozçu yeni layihə ilə insanların sevimlisinə çevrilib. Bu vaxta qədər bir çox hipnoz səhnələri ilə xalq arasında ad-san qazanan Pol Mak-Kenna bu dəfə məzuniyyət dövründə xarici ölkələrə, turizm bölgələrinə səyahət edə bilməyən insanları hipnoz yolu ilə xəyallarındakı ölkəyə yollayır.
Təcrübəli hipnozçunun turizm seansı cəmi 20 dəqiqə davam edir. 20 dəqiqə insana az görünsə də, bu müddə ərzində hipnoz olan şəxslər, ayıldıqda sanki bütün dünyanı gəzmiş olduqlarını deyirlər. Onlar xəyalən Böyük Çin səddinin üstündə gəzir, Misir ehramları ilə yaxından tanış olur və necə deyərlər Mayami çimərliklərində sərinlədikdən sonra geri dönürlər.
Maraqlıdır ki, indi Böyük Britaniyada səyahət haqqında fikirləşənlərin faiz göstəricisi, bu hipnoz seansına qatılmaq istəyənlərin faiz göstəricisindən azdır. Qəribəsi isə odur ki, Pol Makkena tərəfindən hipnoz edilən şəxslər 20 dəqiqə ərzində iki həftəlik səyahət etdiklərini və bu səyahətdən yerdən-göyədək razı qaldıqlarını deyirlərt. Vircin Holidis adı verilən hipnoz seansına qatılanların sayı hər gün durmadan artır. (atvxeber.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay