“General de Europe” jurnalında siyasət elmləri doktoru və Yaxın Şərq araşdırmaçısı Sebastyan Bussuanın “Dağlıq Qarabağın yenidən qurulması və qonşu ölkələr arasındakı münasibətlərin inkişafı coğrafi bir çağırışdır” başlıqlı məqaləsi dərc olunub.
Yazıda bildirilir ki, Cənubi Qafqazdakı müharibə artıq bitib və Azərbaycanın üzərində böyük öhdəliklər var. Ölkə həm Ermənistanla münasibətlərini normallaşdırmalı, həm də Qarabağın yenidən qurulmasını və yüz minlərlə qaçqının öz yurdlarına qayıtmasını təmin etməlidir. Lakin vəziyyət olduqca mürəkkəbdir, çünki ermənilər 27 il ərzində işğal altında saxladıqları əraziləri nəinki inkişaf etdirib, əksinə bütün mövcud infrastrukturu dağıdıblar. İndi Azərbaycan əraziləri minalardan təmizləməkdən başlayaraq, çox iş görməlidir. Bu, həm də ölkə üçün çoxmədəniyyətli bölgəni təbii turizm zonasına çevirmək üçün misilsiz fürsətdir.
Məqalədə qeyd olunur ki, bölgədə sülh Rusiyanın himayəsi altında imzalanan üçtərəfli müqavilə ilə qorunur. Lakin bu razılaşmanın kağız üzərində qalmaması üçün hələ çox işlər görülməlidir.
Azərbaycan iki xalq arasında münasibətləri normallaşdırmağa çağırır. Bu, Azərbaycanın mədəni və etnik müxtəlifliyinindən doğur.
Müəllif Qarabağ və Naxçıvanın əlaqələndirilməsinin vacibliyindən də bəhs edir. O bildirir ki, ölkənin cənub-qərbindəki Zəngilan şəhərindən başlayacaq və on illər ərzində ilk dəfə İrana keçmədən Azərbaycanı və onun Naxçıvan vilayətini birləşdirəcək dəhlizin məqsədi regional inkişafı təmin etmək olmalıdır. Bu dəhliz həm də Çin İpək Yolunun bir şaxəsi kimi ona daha çox ehtiyacı olan Ermənistan üçün iqtisadi baxımdan böyük fürsətdir. Çünki bu regional iqtisadi əməkdaşlıq avropalıların da bölgəyə marağını artıracaq və onlar yoxsulluq içində batan Ermənistana kömək edəcəklər. Hər halda, iki ölkə arasındakı davamlı bir sülh daha çox iqtisadiyyatdan asılıdır. Buna görə də iqtisadi maraqların bir araya gəlməsi olduqca vacibdir.
Sonda S.Bussua Azərbaycanın “Qafqazın əjdahasına” çevrildiyini, Ermənistanın isə kasıb bir ölkə olduğunu xatırladır. O qeyd edir ki, bu gün Azərbaycan bütün regionu canlandırmaq və bölgəni misilsiz turizm, iqtisadi və mədəni cazibə qütbünə çevirmək gücünə malikdir. Bu isə əslində bütün tərəflərin marağına uyğundur.
Siyasət
S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrili
İqtisadiyyat
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - Foto
Siyasət
Əliyev Putin və Berdiməhəmmədovla görüşdü
Müsahibə
Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan
Siyasət
Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman