Fransada dərc olunan “Lagazetteaz” nəşri siyasi elmlər doktoru, Yaxın Şərq üzrə ekspert Sebastyan Bussuadan eksklüziv müsahibə alıb.
“Qarabağdakı müharibədən sonrakı vəziyyət və yaradılacaq sülhün problemləri” başlıqlı müsahibədə bölgə üzrə mütəxəssisin dəyərli fikirləri və proqnozları öz əksini tapır.
Müsahibə zamanı S.Bussua Qarabağ münaqişəsi haqqında Fransa cəmiyyətində balanslaşdırılmış məlumatın olmadığını bildirib. O qeyd edib ki, hərbi əməliyyatlar zamanı Fransa ictimaiyyəti bölgədə Türkiyə və digər müsəlman ölkələrdən silahlıların döyüşdüyünü zənn edirdi. Halbuki, bu, həqiqətə uyğun deyildi. Məhz bu səbəbdən çox sayda fransız ermənilər tərəfdən vuruşmaq üçün döyüş bölgəsinə gəlib ki, bu da əslində qanuna zidd hərəkət idi. Çünki Fransa həmin əraziləri birmənalı olaraq Azərbaycan torpaqları kimi tanıyıb.
Ekspertin sözlərinə görə, müharibə ilk növbədə insan faciəsidir. O, yüzminlərlə insanın öz evlərindən didərgin düşməsinə səbəb olub. Lakin Azərbaycan tərəfi bütün bu olanları unudaraq Ermənistanla münasibətlərdə yeni səhifə açmaq istəyir. S.Bussua bildirir ki, o, Azərbaycanda səfərdə olarkən, ölkə rəsmilərinin, o cümlədən mədəniyyət naziri Anar Kərimovun, prezidentin köməkçisi Hikmət Hacıyevin azərbaycanlıları necə sakitləşdirdiyinin, nifrət əhval-ruhiyyəsini aradan qaldırdığının şahidi olub.
Müsahibə zamanı S.Bussua Qarabağın zəngin mədəni irsinə də toxunub və bu irsin YUNESKO tərəfindən qorunmalı olduğunu dilə gətirib.
Həmçinin ekspert Azərbaycan və Fransa arasındakı tarixi bağların dərin köklərindən danışıb, hələ ötən əsrin 80-ci illərində iki ölkə rəhbəri Heydər Əliyev və Fransua Mitteran arasındakı xoş münasibətləri yada salıb.
Siyasət
Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər