Bakı şəhəri ilə qardaşlaşma əlaqələrinə malik olan İtaliyanın Neapol şəhərindən Azərbaycana münasibətdə dostluğun bariz nümunəsi olan növbəti addım atılıb.

Bu barədə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Neapol Şəhər Şurasının üzvü Vincenzo Solombrinonun Şəhər Şurasına təqdim etdiyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyan addımların atılması üçün İtaliya hökumətinə müraciət sənədi” yekdilliklə qəbul edilib.

Sənəddə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinin 1990-cı illərin əvvəllərində Azərbaycanın ətraf yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edildiyi, həm Dağlıq Qarabağdan, həm də ətraf yeddi rayondan bütün azərbaycanlıların qovulduğu bildirilir.

“BMT-nin TŞ-nın və Baş Assambleyanın müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərarları, eləcə də BMT-nin bütün üzv dövlətləri Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təsdiqləyir və bütün işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və bütün azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edir”, - deyə sənədin mətnində qeyd olunub.

Sənəddə Ermənistan tərəfindən Azərabaycana qarşı ötən ilin sentyabrın 27-də başlayan növbəti təcavüzdən sonra yeni müharibənin alovlandığı və müharibənin 44 gün davam etdiyi vurğulanır.

“Neapol Şəhəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, xüsusən də BMT və ATƏT-in müvafiq sənəd və qətnamələrində təsbit edilmiş suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq sülh yolu ilə həll edilməsini dəstəkləyən və Avropa Birliyi, İtaliya hökumətinin mövqeyi ilə uyğunluq təşkil edən mövqeyini İtaliya hökumətinə bildirir və hökuməti münaqişə tərəflərini 10 Noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanan Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsinə çağırış etməyə səsləyir”, - deyə sənəddə qeyd edilir.

Sənəddə, habelə qeyd olunur ki, münaqişənin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmin ərazilərin yenidən qurulması üçün strateji planın başladılması Azərbaycanda növbəti inkişaf mərhələsinin təmin edilməsinə gətirib çıxaracaqdır. Bu vəziyyətin italyan şirkətləri üçün yeni əhəmiyyətli iqtisadi və ticari imkanlar yarada biləcəyini nəzərə alaraq, Nepol Şəhər Şurası İtaliya hökumətini ərazilərini işğaldan azad etməklə yeni inkişaf mərhələsinə daxil olan Azərbaycanla çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş konkret bir öhdəliyin ortaya qoyulmasına və İtaliya üçün aparıcı tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün birgə təşəbbüsləri planlaşdırılmağa çağırır.

Sənəddə, həmçinin iki ölkənin hökumət başçıları tərəfinən 2020-ci ilin fevralında imzalamış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də təsbit edilmiş siyasi, iqtisadi, enerji, texnoloji, mədəniyyət, akademik və səhiyyə sahələrində geniş əməkdaşlıqla xarakterizə olunan iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən də bəhs edilir. Eyni zamanda, sənəddə bu gün İtaliyanın əsas neft tədarükçüsü olan Azərbaycanın İtaliyanın enerji təchizatında mərkəzi rol oynadığı vurğulanır və TAP qaz kəmərinin istismar mərhələsinə qədəm qoyması ilə Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da güclənəcəyi bildirilir.

Habelə əlavə olunur ki, Cənubi Qafqazada İtalyan məhsullarının əsas idxalçısı məhz Azərbaycandır və İtaliyanın bölgə ilə idxal/ixracatının 92%-i Azərbaycanın payına düşür.

Məlum olduğu kimi, Azərbaycanın Bakı və Neapol 1972-ci ildən bəri qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma mədəni, ticarət və institusional mübadilə ilə iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsinə töhfələr verməkdidr. Bu istiqmamətdə Neapol-Bakı Assosiasiyası tərəfindən də müxtəlif təşəbbüslər həyata keçirilməkdədir. Neapol Şəhər Şurasının qərarına münasibətdə fikrini bildirən Neapol-Bakı Assosiasiyasının prezidenti Cuzeppe Kanilia qeyd edib ki, Neapol şəhəri beynəlxalq hüququ dəstəkləmək, Azərbaycanla, Bakı şəhəri ilə bütün sahələrdə əməkdaşlığı davam etdirmək üçün Azərbaycan xalqına və Azərbaycana yaxınlığını nümayiş etdirmək istəyib. Bu qardaşlaşma sübut edir ki, iki şəhər və iki xalq arasındakı qardaşlıq münasibətləri xüsusilə də çətin anlarda institusional dəstəklə təsdiq olunur.

Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə də Neapol Şəhər Şurasına müvafiq qərarına görə təşəkkür edərək bildirib:

“Neapol hər bir azərbaycanlının qəlbində yaşayan bir şəhərdir. Bakı ilə Neapolu çox dərin dostluq əlaqələri birləşdirir. Azərbaycanda bir deyim var: əsl dost dar gündə tanınar. Neapol şəhərinin bu qərarı əsl dostluğun bariz nümunəsidir. Azərbaycan xalqı ilə dostluq və həmrəyliyə görə Neapol Bələdiyyə Şurasına, şəhər merinə, şəhərin sakinlərinə dərin təşəkkürümü bildirirəm”.


Son xəbərlər

Putinin iqamətgahının ətrafına əlavə “Pantsir”lər quraşdırıldı

Səudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəmərinin işini bərpa edib

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Bütün xəbərlər