Cənubi Qafqaz ölkələri arasında faydalı üçtərəfli əməkdaşlıq üçün maraqlı istiqamətlər var”.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstanın “Sərhədyanı zona” təşkilatının “Cənubi Qafqaz: yeni çağırışlar və yeni imkanlar” mövzusunda keçirdiyi onlayn konfransda deyib.
Onun sözlərinə görə, Aİ bu cür əməkdaşlığın təşviqinə yönələn addımları dəstəkləməyə hazırdır:
“Əməkdaşlıq imkanları olsa da, onların reallaşdırılması zaman, hər üç ölkə rəhbərliyinin müdriklik və təmkinliyini tələb edir. Avropa İttifaqı atəşkəsin əldə olunması sazişindən Cənubi Qafqazda yeni sülh perspektivlərinə keçmək üçün bütün tərəfdaşları ilə iş aparmağa hazırdır”.
Xüsusi nümayəndə deyib ki, bölgədə müharibə ritorikasından sülh ritorikasına keçmək lazımdır:
“Bu, vaxt tələb edəcək, lakin Avropa İttifaqı yaranmış çətin vəziyyətdə bütün imkanlardan istifadə olunması üçün Cənubi Qafqazdakı tərəfdaşlarının yanındadır”.
T.Klaar Aİ-nin müharibədən sonra həm Azərbaycan, həm də Ermənistana humanitar yardım göstərdiyini qeyd edib:
“Daha çox kömək etməyə hazırıq. Bakı və İrəvandakı nümayəndələrimiz ittifaqın daha nə ilə və necə kömək edə bilməsi ilə bağlı hər iki ölkənin rəhbərliyi ilə danışıqlar aparırlar. Mən gələcək fəaliyyətimizi müzakirə etmək üçün yaxın zamanlarda Bakı və İrəvana səfər edəcəyəm”.
Siyasət
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə