Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında “Xocalıya ədalət” tələb edildi - FOTO
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Xocalıya ədalət” (Justice for Khojaly) mitinqi keçirilib.
“Report” xəbər verir ki, Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar toplaşan soydaşlarımız faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsini tələb ediblər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Birləşmiş Ştatların bir çox şəhərlərində yaşayan diaspor fəalları və türk icmasının aktivləri iştirak ediblər.
Əllərində Azərbaycan bayraqları tutan nümayişçilər ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında tarixi faktlar səsləndirib, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən mülki insanların fotolarını nümayiş etdiriblər.
Həmyerlilərimiz Xocalı soyqırımını törədənlərin dünya ictimaiyyəti tərəfindən tanınmasını və cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab verməsini tələb ediblər, ABŞ ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlanması üçün yerli medianın diqqətini çəkməyə çalışıblar.
Aksiyada ABŞ-da yaşayan aktiv diasporun üzvləri Elman Kərimov, Fərhad Anaroğlu, Zaur Bayramlı, Bədir Məmmədli çıxış edib, ermənilərin Xocalıda törətdiyi cinayətə dair tarixi faktlar səsləndiriblər.
Aksiyada ermənilər təxribat törətməyə çalışsalar da həmvətənlərimiz onlara məhəl qoymayıb. Aksiyanın sonunda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalı soyqırımı ilə bağlı Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirir.![]()
![]()
![]()
![]()
![]()
![]()
Siyasət
Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında “Xocalıya ədalət” tələb edildi - FOTO
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər