İsveç Krallığında fəaliyyət göstərən İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Stokholm şəhərində məlumatlandırma aksiyası təşkil edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, yerli ictimaiyyətin diqqətini xalqımızın başına gətirilən soyqırıma cəlb etmək məqsədilə Stokholm şəhərinin mərkəzində “Xocalıya ədalət!”, “Xocalı soyqırımı – unutmadığımız acı” şüarları yazılmış plakatlar yerləşdirilib. Həmin plakatlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız soyqırımı aktı barədə qısa məlumatlar verilib.
Aksiya zamanı İAK fəalları erməni faşistlərinin qadın, uşaq və qocalar da daxil olmaqla 613 Azərbaycan vətəndaşını qətlə yetirdikləri, 487 nəfəri yaraladıqları, 1 275 nəfəri əsir götürdükləri, onlardan 150 nəfərin taleyinin indiyədək məlum olmadığına dair məlumatları paytaxt sakinlərinin nəzərinə çatdırıblar.
Qeyd edək ki, İAK-ın ofisinin önündə də “Xocalıya ədalət!” yazılmış banner yerləşdirilib.
Siyasət
Stokholmda “Xocalıya ədalət!” plakatları yerləşdirilib - FOTO
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə