Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu taxıl dəhlizində daşınan yüklərin miqdarı ilə bağlı yazılı açıqlama verib.
Ukrayna-Rusiya müharibəsindən sonra taxıl böhranı yaşandığını xatırladan Karaismailoğlu, dünyanın ən əhəmiyyətli taxıl mərkəzlərindən biri olan Ukraynadan taxıl daşımalarının dayandığına diqqət çəkib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sıx diplomatik fəaliyyətin aparıldığını və bunun nəticəsində yenidən taxıl daşımalarına başlanıldığını ifadə edib.
“1 avqust - 25 dekabr tarixlərində Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarından ümumilikdə 585 gəmi yola düşüb. Daşınan yüklərin ümumi həcmi 15 milyon 80 min tonu ötüb. Arpa, buğda, soya, günəbaxan unu, buğda kəpəyi , noxud, günəbaxan tumu, emal olunmuş qarışıq qida, şəkər çuğunduru, günəbaxan yağı, qarğıdalı və soya yağı daxil olmaqla 13 müxtəlif növ yük daşınıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, yüklərin 15 faizi Türkiyəyə ünvanlanıb. Yüklərin 12 faizi Afrikaya, 29 faizi Asiyaya, 44 faizi isə Avropaya daşınıb.
Mənbə: Anadolu
İqtisadiyyat
Taxıl dəhlizilə daşınan yüklərin həcmi 15 milyon tonu ötüb
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət