
Hadisə
10.08.2020, 03:17
Azərbaycanda icra başçısının müavinini maşın vurdu
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub.
V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay