Şou Biznes
26.08.2020, 02:52
“Taxt oyunları”nın ulduzu serialdakı taxtı evinə apardı - FOTO
"Taxt oyunları” serialında “Sansa Stark” rolu ilə tanınan britaniyalı aktrisa Sofi Terner çəkilişlər zamanı istifadə edilən taxtını evinə aparıb.
Bu barədə “Cursorİnfo” xəbər yayıb.
Bildirilir ki, britaniyalı ulduz rekvizitin fotosunu özünün “Instagram” hesabının “hekayə” bölümündə paylaşıb. “Evinə xoş gəldin” deyə o, şəkli şərh edib.
Sofi Ternerin həyat yoldaşı, “Jonas Brothers” qrupunun üzvü Co Conas da analoji fotonu öz “hekayə”sində paylaşaraq, “bax, belə xəbərlər” şərhini yazıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay