Son xəbərlər
4.07.2021, 18:48
Azərbaycanda son sutkada koronavirusdan bir nəfər vəfat edib - STATİSTİKA+FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 433 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 1006 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 679, bu günə qədər isə ümumilikdə 3 787 089 test icra olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay