Türkiyə, Azərbaycan və Pakistan Egey və Aralıq dənizlərində hərbi təlimlərə başlayır

Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalaması, F-35 qırıcıları alması Egey və Aralıq dənizində gərginliyi artırır. Türkiyə isə Yunanıstanın silahlanmasına cavab olaraq öz ərazi sularında müttəfiqlərinin iştirakı ilə iki irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlərdə Azərbaycanın da iştirakı gözlənilir.

“Nusret-2021” hərbi təlimləri oktyabrın 18-də Egey dənizinin şimalında keçiriləcək. “Şərqi Ağdəniz-2021” dəniz döyüş təlimlərinin isə noyabrın 1-də Aralıq dənizinin şərqində keçirilməsi planlaşdırılır.

“Nusret-2021” hərbi təlimlərinin Çanaqqala və Saros Körfəzi rayonunda keçiriləcəyi bildirilir. Bu təlimlərə Azərbaycan, Pakistan, Qətər, Liviya və Banqladeşlə yanaşı Ukrayna, Belçika və NATO-dan dəniz hərb elementləri cəlb olunacaq. Digər hərbi təlimlərdə isə Azərbaycan və Pakistan xüsusi təyinatlılarının iştirakı nəzərdə tutulur. Bu təlimlərə ABŞ özünün P-8 “Poseidon” kəşfiyyat təyyarəsini göndərəcək.

Xatırladaq ki, ötən aylarda Azərbaycan və Türkiyə silahlı qüvvələri bir-birinin ardınca birgə təlimlər keçiriblər. Habelə Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” təlimləri keçirilib.

Son xəbərlər

Şövkət Mirziyayevin Azərbaycana səfəri başa çatdı

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı

Rusiyada saxlanılan Azərbaycanlıların məhkəməsinin VAXTI BİLİNDİ

Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin səmərəliliyini artıracaq

Abadlaşan Ağdaş

Türkiyədə FETÖ ilə əlaqəli daha 361 nəfər saxlanıldı

İsrail mühüm məlumatı elan etdi

İran prezidenti ABŞ-yə xəbərdarlıq etdi

ABŞ-nin İrana zərbələri nəticəsində xəsarət alanlar var

İsrail ordusu İran dövlət televiziyasına zərbələr endirib

İsrail ordusu dron hücumlarının qarşısının alındığını bəyan edib

Xamenei İsrailə hücumdan bir saat əvvəl iclas keçirib

İraq İsraili BMT-yə şikayət etdi

Suriyada naməlum şəxslər təhlükəsizlik qüvvələrinə hücum etdi

Qrenlandiya münaqişə zonası olmamalıdır - Makron

Qvardiya olmasaydı, bu şəhər məhv olmuşdu - Tramp

Kiyevdə elektrik enerjisi kəsildi, minlərlə insan işıqsız qaldı

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Tramp İlham Əliyevi təbrik etdi

Laçında Üçtərəfli Zirvə görüşü keçirildi - Foto

Şahbaz Şərif İlham Əliyevi belə təbrik etdi

Ərdoğan İlham Əliyevə məktub ünvanladı

Zelenski mübahisə etdiyi Cey Di Venslə görüşdü

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

Ukrayna Rusiyaya kömək edən ölkələrə qarşı sanksiya hazırlayır

Pakistan BMT TŞ-nin iclasını tələb etdi

İsraillə danışıqlar aparırıq - Ərdoğan

Pezeşkian AzTV-yə müsahibə verdi.

İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi

Şəki ərazisindən axan çaylar nəzarətdə saxlanılır

Bütün xəbərlər