Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” » İnterxəbər.Az
interxeber.az » Siyasət » Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”


Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”

29-09-2020, 05:48
Oxunub: 351
Çap et
“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır:

“Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.
Reytinq: