İlham Əliyevdən “Rosneft”in baş icraçı direktoruna təbrik məktubu - YENİLƏNİB » İnterxəbər.Az
interxeber.az » Siyasət » İlham Əliyevdən “Rosneft”in baş icraçı direktoruna təbrik məktubu - YENİLƏNİB


İlham Əliyevdən “Rosneft”in baş icraçı direktoruna təbrik məktubu - YENİLƏNİB

7-09-2020, 03:47
Oxunub: 409
Çap et
Prezident İlham Əliyev “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin rəhbərliyinizlə “Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.

“Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.

Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

15:58

Prezident İlham Əliyev İqor İvanoviç Seçinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, İ.İ.Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.
Reytinq: