Böyük elm fədaisi » İnterxəbər.Az
interxeber.az » Müsahibə » Böyük elm fədaisi


Böyük elm fədaisi

19-03-2019, 10:35
Oxunub: 181
Çap et
Böyük elm fədaisi
Böyük elm fədaisi

Ömür yoluna nəzər salanda zəngin bioqrafiyaya malik olan əslən Naxçıvan şəhərindən olan Təhsin Mütəllim oğlu Mütəllimov haqqında söz açmaq əslində çox cetindir. Belə demiş söyləmiş ata-babalarımız alimin (ülemanın) mürəkkəbi şəhidlərin qanından üstün tutulur. Təsadüfü deyildir ki; ən dəqiq elmlərin şahı olan ümumən Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alimdir Elə buna görədə bu zəngin büsbütün həyati bioqrafiyasını sizlərə təqdim edirik

Təhsin Mütəllimov (Təhsin Mütəllim oğlu Mütəllimov; d. 18 yanvar 1932, Naxçıvan) — Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsi üzrə müxbir üzvü, professor, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru.
Həyatı
Təhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. T.Mütəllimov orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1951-ci ildə Rəssamlıq məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır.

1961-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963-1965-ci illərdə baş müəllimi vəzifələrində çalışmışdır.1978-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.

T.Mütəllimov 1961-ci ildə “Ə.Əbülhəsənin bədii nəsri” mövzusunda namizədlik, 1975-ci ildə isə “Ə.Haqverdiyevin sənətkarlığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1965-1978-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 1978-ci ildən isə professorudur. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.[1]

Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan T.Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 55 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir. Onun “Ədəbiyyatşünaslığın əsasları” və “Ədəbiyyat nəzəriyyəsi” fənlərindən dediyi mühazirələri yüksək elmi səviyyəyə malikdir.170 məqalənin, 2 monoqrafiyanın və 8 elmlər namizədi yetişdirmişdir.

T.Mütəllimovun “Ə.Əbülhəsənin yaradıcılığı”, “XX əsr Azrbaycan ədəbiyyatında ədəbi məktəblər”, “Sənət qayğıları” “Əbdürrəhimbəy Haqverdiyevin poetikası” kitablarında klassik və müasir ədəbiyyatımızın görkəmli ədiblərinin yaradıcılığı, həmçinin mühüm elmi nəzəri məsələlər təhlil olunmuşdur. Azərbaycan ədəbiyyatının müxtəlif yaradıcılıq problemləri, xüsusilə poetika məsələləri ilə məşğul olan alimin 200-dən çox məqaləsi elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Onun rəhbərliyi ilə 2 filologiya üzrə elmlər doktoru və 14 filologiya üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə olunmuşdur.

T.Mütəllimov “Əbdürrəhim bəy Haqverdiyevin poetikası” kitabına görə 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2001-ci ildə isə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.2017-ci ildə Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun əmisi oğludur. Azərbaycanın tanınmış cərrahı, tibb elmləri doktoru Niyazi Mütəllibovun qardaşı oğludur. Azərbaycanın tanınmış şairi,Azərbaycan SSR əməkdar incəsənət xadimi Tofiq Mütəllibovun qardaşıdır
Seçilmiş əsərləri
2004. Ustad yadigarı (ön söz). Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı, «Ziya - Nurlan»
2005. Dramatik növ. Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı, «Çaşıoğlu».
2005. Sənətkar taleyi. BDU, «Dil və ədəbiyyat» jurnalı, Bakı.
2007. İkinci Dünya müharibəsi dövründə bədii nəsr. Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c.1, Bakı, „Bakı Universiteti“ nəşriyyatı.
2007. S.S.Axundov. Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c. 1, Bakı, „Bakı Universiteti“ nəşriyyatı.
2007. Ə.Əbülhəsən. Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c. 1, Bakı, „Bakı Universiteti“ nəşriyyatı.
2008. Görkəmli nəzəriyyəçi alim. Yazıçı və zaman. Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, „Bakı *Universiteti“ nəşriyyatı.

TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
1991-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdür.
2001-ci ildə «Qızıl qələm» mükafatına layiq görülmüşdür.
2009-cu ildən Prezident təqaüdçüsüdür.

Kitabları
1969. Ə.Əbülhəsənin yaradıcılığı. Bakı, Azərnəşr.
1978. XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər. Bakı, ADU nəşriyyatı.
1981. Sənət qayğıları. Bakı, „Yazıçı“.
1988. Əbdürrəhimbəy Haqverdiyevin poetıkası. Bakı, „Yazıçı“.
Ulu Tanrı alimlərimizi və üləmalarimizi qorusun amin amin amin.

Reytinq: