AZƏRBAYCAN ZİYALILARI » İnterxəbər.Az
interxeber.az » Müsahibə » AZƏRBAYCAN ZİYALILARI


AZƏRBAYCAN ZİYALILARI

6-02-2019, 12:09
Oxunub: 58
Çap et
Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə "Azərbaycan ziyalısı"adına layiq görülüblər.
AZƏRBAYCAN ZİYALILARI
İbrahimli Bəhlul İmran oğlu 1952-ci ildə Ordubad rayonunun Sabir kəndində anadan olmuşdur. 1966- cı ildə Bakı şəhər 5№-li tibb məktəbinə daxil olmuş, 1969- cu ildə feldşer-laborant ixtisasını bitirmiş, 1969-1971- ci illərdə Ordubad rayon Mərkəzi xəstəxanasında tibb qardaşı, Culfa rayon Mərkəzi xəstəxanasında laboratoriya müdiri işləmişdir.1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.1975-79-cu illərdə təyinatla Ordubad rayonunun Sabir kəndində tarix müəllimi, Aza kənd Beynəlmiləl orta məktəbində dərs hissə müdiri işləmişdir. 1979-cu ilin noyabr ayından 1987-ci ilin noyabr ayınadək Azərbaycan SSR EA Naxçıvan filialında, tarix və iqtisadiyyat şöbəsində kiçik elmi işçi vəzifəsində işləmiş, 1987-ci ilin noyabr ayında Akademiyanın Rəyasət Heyətinin qərarı ilə RXDS Naxçıvan filialının müdiri təyin olunmuş, 1989-cu ilin iyul ayında isə oradan əmrlə Bakıya EA Milli Münasibətlər İnstitutunun biblioqrafiya şöbəsinə baş elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989-cu ilin dekabr ayında Akademiyanın Rəyasət Heyətinin qərarı ilə öz ştat vahidi ilə birlikdə Akademiyanın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektoruna köçürülmüşdür. 1993-cü ilin fevral ayında aparıcı elmi işçi vəzifəsinə təyin olunmuş və indiyədək də bu vəzifədə çalışır. 1980-1986-cı illərdə SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutuna ixtisas artırma kursuna göndərilmiş, həmin İnstitutun aspiranturasına daxil olmuş, 1985-ci ilin dekabr ayında Moskva Dövlət Universitetində «Xaraba-Gilan orta əsr şəhər yeri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1993-1998-ci illərdə SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun doktorantı olmuş «Arazboyu qədim tayfaların tarixi-mədəni inkişafı» mövzusunda doktorluq dissertasiyası üzərində işləmişdir. Dissertasiya işi müdafiəyə hazırdır. 1977-ci ildən Azərbaycan SSR EA Naxçıvan Arxeoloji ekspedisiyasının Xaraba-Gilan dəstəsində iştirak etmiş (ekspedisiyanın rəhbəri V.H.Əliyev),1980-ci ildən Xaraba-Gilan arxeoloji ekspedisiyasının (ekspedisiyanın rəisi Q.M.Aslanov) rəis müavini olmuşdur. 2004-cü ildən həmin ekspedisiyaya rəhbərlik edir. 1979-cu ildə Özbəkistan SSR EA Əfrasiyab arxeoloji ekspedisiyasında (ekspedisiya rəisi Qalina Vasilyevna Şişkina idi) dəstə rəhbəri olmuşdur. 1982-1983-cü illərdə S.V.Pletnyovanın rəhbərlik etdiyi Sovet-Bolqar-Macar beynəlxalq arxeoloji ekspedisiyasının Mayat şəhər yeri (dəstə rəhbəri G.Y.Afanasyev) və nekropolunda (dəstə rəhbəri V.S.Flyorov) apardığı arxeoloji qazıntılarda iştirak etmişdir. 1997-ci ildə Manfred Korfmanın dəvətilə, onun rəhbərlik etdiyi Troya arxeoloji ekspedisiyasında iştirak etmişdir. 2000-ci ildə Moskvada «Kiran orta əsr şəhəri» monoqrafiyası (rus dilində), 2002-ci ildə Q.M.Aslanov və S.M.Qaşkayla birlikdə «Xaraba-Gilanın qədim nekropolları» (rus dilində) kitabı, 2013-cü ildə “Qızılburun nekropolu” monoqrafiyası (Q. İsmayılzadə ilə birlikdə) və 2014-cü ildə “Qədim Ordubad” kitabı (H.Q.Qədirzadə, V.Baxşəliyev, A.Seyidovla birlikdə) çapdan çıxmışdır. Azərbaycanda, Rusiyada, Türkiyədə, Polşada və Almaniyada çıxan jurnallarda 107 elmi məqaləsi nəşr olunmuşdur. Dünyanın müxtəlif şəhərlərində keçirilmiş 13 Beynəlxalq elmi konfrans, simpozium və sessiyada iştirak etmişdir. Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin 14 may 2012-ci il tarixli qərarı ilə “Azərbaycan Bayrağı” Mükafatı Laureatı Diplomuna layiq görülmüşdür. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının və İnstitutun nəzdində fəaliyyət göstərən (5505-02 – Arxeologiya) FD 01. 171 Dissertasiya Şurasının üzvü, “Azərbaycan arxeologiyası” jurnalının redaktor müavinidir. Ailəlidir, iki övladı var.



AZƏRBAYCAN ZİYALILARI
İlqar Qürbət oğlu Məmmədov — Riyaziyyat üzrə elmlər doktoru,. AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri
Həyatı
İlqar Məmmədov 9 yanvar 1971-ci ildə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərb ətrafında yerləşən - Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində- indiki Qobustan rayonunun Göydərə kəndində, bir qarlı hava şəraitinə təsadüf edən şənbə günündə, sadə və zəhmətkeş kolxozçu - mexanizator ailəsində anadan olmuşdur.[4] Onun doğum günü ilin qarlı bir qış gününə təsadüf etdiyindən, valideynləri tərəfindən ona İlqar adı verilmişdir.
Təhsili və elmi fəaliyyəti
O, 1978-1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. 12 yaşından 16 yaşına qədər oxuduğu Göydərə kənd natamam orta məktəbin yay tətili günlərində MTS və kolxozda fəaliyyət göstərmiş, Rusiyanın "Rostselmaş" maşınqayırma zavodunun istehsalı olan SK-4 və SK-5 "NIVA" markalı taxıl biçən kombaynlarında kombayner köməkçisi kimi işləmişdir. Kənd təsərrüfatı maşınları ilə yaxından tanışlıq və təmas və bu texnikalarda mürəkkəb ötürmə hərəkətləri ilə müşayət olunan iş prinsipi onda fizikaya,texnikaya və riyaziyyata marağın oyanmasına gətirib çıxarır. Təsadüfi deyilki, Göydərə məktəbində yeddinci sinifdə oxuyarkən Şamaxı rayonu üzrə keçirilən riyaziyyat sahəsində olimpiadanın qalibi olur və bu hadisə onun gələcəkdə ixtisas seçimi üçün dönüş nöqtəsi rolunu oynayır. O, 1986-cı ildə Göydərə kənd səkkiz illik natamam orta məktəbinI natamam təhsil haqqında fərqlənmə şəhadətnaməsi ilə bitirir. Elə həmin il müsabiqə yolu ilə Bakı şəhəri fizika-riyaziyyat təmayüllü Respublika 1№-li internat məktəbinə (indiki - Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə ) daxil olmuşdur. İlqar Qürbət oğlu Məmmədov 1988-ci ildə Bakı şəhəri fizika-riyaziyyat təmayüllü Respublika 1№-li internat məktəbini fərqlənmə attestatı iıə bitirərək,kamal attestatı almışdır. Qeyd edək ki,bu məktəbdə oxuduğu illərdə dəfələrlə riyaziyyat üzrə keçirilən Respublika səviyyəsində olimpiadaların qalibi olmuşdur. O, 1989-cu ildə Azərbaycanın ilk və ən böyük ali məktəblərindən biri olan Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur.1994-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, riyaziyyatçı, riyaziyyat müəllimi adını almışdır. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. 1995-ci ildən Kibernetika İnstitutunda (indiki AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda) kiçik elmi işçi,elmi işçi,böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında «Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri » mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol №18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASINDA başqa sözlə desək, www.elibrary.az saytında da İlqar Qürbət oglu Məmmədovun adına rast gəlmək olar. İ.Q.Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli (protokol №10-k) qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Qürbət oğlu Məmmədov 1211.01 – «Diferensial tənliklər» və 1214.01 – «Dinamik sistemlər və optimal idarəetmə» ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün «Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi» mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafıə etmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 25 noyabr 2016-cı il tarixli (protokol №10-R) qərarı ilə İlqar Qürbət oğlu Məmmədova riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi vermişdir.

İ.Q.Məmmədov 1211.01 – «Diferensial tənliklər» və 1214.01 – «Dinamik sistemlər və optimal idarəetmə» ixtisasları üzrə 226 elmi əsərin müəllifidir, onlardan 163-ü xaricdə dərc olunmuşdur. Onun elmi əsərlərinə xaricdə dərc olunmuş elmi məqalələrdə və o cümlədən, Respublikamızda və xaricdə müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarında istinadlar vardır. O, 2017-ci il 5 iyul tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə AMEA-nın professoru adını daşıyır.
Elmi-təşkilati fəaliyyəti
İlqar Qürbət oğlu Məmmədov 2007-2013-cü illər ərzində AMEA Kibernetika İnstitutunda (indiki AMEA İdarəetmə Sistemləri İnstitutunda) Gənc Alimlər Şurasının (indiki Gənc Alim və Mütəxəssislər Şurasının) sədri olmuşdur. Şura sədri olduğu dövrlərdə İctimai Televiziyanın gənc alimlərin elmi-mədəni və sosial problemlərinin həlli məsələlərinə həsr olunan "Açıq Dərs" verilişlərində aparılan elmi müzakirələrin müntəzəm surətdə iştirakçısı olmuşdur. O, 2011-ci ildə "AZƏRBAYCAN GƏNCLİYİ- MÜSTƏQİLLİYİN HƏMYAŞIDI" adlı Azərbaycan Gənclərinin VI Forumunun iştirakçısı olmuş, "AZƏRBAYCAN GƏNCLIYİ 2011-2015-Cİ İLLƏRDƏ" DÖVLƏT PROQRAMININ LAYİHƏSİNİN hazırlanmasında bilavasitə fəal iştirak etmişdir. Müxtəlif illərdə Ilqar Qürbət oğlu Məmmədov Amerika Birləşmiş Ştatlarında dərc olunan və tətbiqi riyaziyyatın müasir problemlərindən bəhs edən 7 Beynəlxalq elmi jurnalda redaksiya heyətinin üzvü olmuşdur: "Applied and Computational Mathematics" (2013-2016-cı illər ərzində), "American Journal of Applied Mathematics and Statistics" (2013-2016-cı illər ərzində), "Applied Mathematics and Physics" (2013-2016-cı illər ərzində), "Journal of Mathematical Sciences and Applications" (2013-2016-cı illər ərzində), "Universal Journal of Computational Mathematics" (2013-cü ildən bu vaxta qədər), "American Journal of Applied Mathematics" (2013-2016-cı illər ərzində), "Pure and Applied Mathematics Journal") (2013-2016-cı illər ərzində) və bundan başqa , tətbiqi riyaziyyat sahəsində müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyaları üzrə 6 dəfə rəsmi opponent olmuşdur. 2013-cü ildən başlayaraq, Scopus və Thomson Reuters bazasında olan müxtəlif riyaziyyat jurnallarında rəyçi olmuşdur. Ilqar Qürbət oğlu Məmmədov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının , 2017-ci ildə filialın tətbiqi riyaziyyat ixtisasının bakalavr və magistr pillələri üzrə Dövlət imtahanlarının keçirilməsi,buraxılış kvalifikasiya işlərinin və magistr dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş Dövlət İmtahan Komissiyalarının üzvü olmuşdur. Bundan başqa, İlqar Qürbət oğlu Məmmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə, 2016-cı ildə olduğu kimi,yenidən 2017-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecini bitirən tələbələrin buraxılış imtahanlarını təşkil etmək üçün Dövlət Attestasiya Komissiyasının sədri təyin olunmuşdur.

Qeyd etmək lazımdır ki, İlqar Qürbət oğlu Məmmədov hal-hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün fəaliyyət göstərən D 01.121 Dissertasiya Şurasının üzvü olmaqla bərabər və həm də, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının üzvüdür. Bundan başqa, İ.Q.Məmmədov hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 Dissertasiya Şurasının nəzdindəki Elmi Tematik Seminarın üzvüdür.

İlqar Qürbət oğlu Məmmədov 2017-ci ilin 1 mart tarixindən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 2 saylı İdarəetmənin nəzəri problemləri şöbəsinin 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasında laboratoriya rəhbəri vəzifəsini icra edir. O, AMEA Rəyasət Heyəti Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun 28 sentyabr 2017-ci il tarixli № 9/12 qərarı ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının rəhbəri vəzifəsinə təsdiq edilmişdir İ.Q.Məmmədov 2018-ci ilin iyul ayından AMEA Professorlarının Koordinasiya Şurasının elmi katibi seçilmişdir.





AZƏRBAYCAN ZİYALILARI
XUDAVERDİ QƏNBƏR OĞLU QƏNBƏROV
TƏHSİLİ 1956- 1966 - Astara rayon Pensər kənd orta məktəb
1968- 1973 - Bakı(Azərbaycan) Dövlət Universiteti, Bioloq, biologiya və kimya
müəllimi ixtisası
ELMİ DƏRƏCƏ 1989- Moskva Dövlət Universiteti, biologiya elmləri doktoru (Moskva, Rusiya)
ELMİ ADLARI 1995- professor
ƏMƏK 1973 - AMEA-nın Mikrobiologiya İnstitutu , baş laborant, kiçik elmi işçi.
FƏALİYYƏTİ 1974-1983- SSRİ EA-nın Bioloji elmi mərkəzi, Mikroorqanizmlərin Biokimyası və
Fiziologiyası institutu:
1974-75- stajor;
1975-78- aspirant;
1979-1983- elmi işçi.
1983-1992- Azərbaycan MEA-nın Mikrobiologiya İnstitutu, laboratoriya müdiri.
1992-2011- Bakı Dövlət Universiteti (BDU) Mikrobiologiya kafedrası, professor.
2011- BDU-nun Mikrobiologiya kafedrası, kafedra müdiri.
Xarici ölkələrdə elmi yaradıcılıq təcrübəsi:
1981- Çexoslovakiya EA-nın Mikrobiologiya və molekulyar biologiya elmitədqiqat institutu, 3 ay (Praqa, Çexoslovakiya);
1982- Helsinki Universitetinin Mikrobiologiya kafedrası, 1 ay (Helsinki,
Finlandiya);
2003- Qəbzə yüksək texnologiya institutu Biotexnologiya üzrə seminar (15 gün),
(İstanbul, Türkiyə).
2006- Belçika Gent Universiteti, 1ay (Gent, Belçika).
2015- İngiltərə Westminister Universiteti “Virtual mikrobioloji laboratoriya”
yaratmaq üzrə treyning, 15 gün (London, İngiltərə).
2015- İspaniya Koruna Universiteti, 1 ay (Koruna, İspaniya).
TƏDRİS ETDİYİ
FƏNLƏR
Mikrobiologiya, Sənaye mikrobiologiyası, Mikroorqanizmlərin biokimyası,
Biotexnologiya
TƏDQİQAT  Mikroorqanizmlərin biokimyası və fiziologiyası
SAHƏSİ  Metal nanohissəciklərin mikroorqanizmlər vasitəsilə alınması
 Südturşusu bakteriyalarının antimikrob xassələri
 Yeni antimikrob xassəli maddələrin axtarışı
 Mikroorqanizmlərin enzimatik xassələrinin öyrənilməsi
BEYNƏLXALQ
SEMİNAR,
 “Eurapean Biotechnology congress”, 2012. Turkey, Кayseri
SİMPOZİUM VƏ
KONFRANSLARDA
 «Микробные биотехнологии: фундаментальные и прикладные
аспекты» adlı beynəlxalq konfrans 2013, Беларусия, Минск.
İŞTİRAKI
 Europan Biotexnology Congress, 2014, Italy, Rom.
 “Наука и образование в XXI веке” adlı Beynəlxalq elmi-praktiki
konfrans, 2015 Rusiya,Tombov
 “Eurapean Biotechnology congress”, 2015, Bucharest.
 “Микробные биотехнологии: фундаментальные и прикладные
аспекты” adlı Вeynəlxalq konfrans, 2015, Belarusiya, Minsk.
 “Eurapean Biotechnology congress”,2016,Latvia, Riga.
 ”Achievements and prospects of mocrobiology”, 2016 Lviv, Ukraine
(Beynəlxalq konfrans).
 “Микробные биотехнологии: фундаментальные и прикладные
аспекты”adlı Вeynəlxalq konfrans, 2017, Belarusiya, Minsk.
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
1.Ganbarov Kh., Musayev E., Ahmadov I. Et al. The concentration effect of the
formation of silver nanoparticles by the mold fungus Aspergillus niger BDU 44.
Journal of Biotechnology, 2014. v.185, p. S18.
2. Ganbarov Kh., Ahmadov I.et al. Silver nanoparticles synthesized by the
Azerbaijan environmental isolates Aspergillus niger. Jour. Microbiology,
Biotechnology and Food Sciences, 2014, N.4, N2, p.137-141
3. Israyilova A., Ganbarov Kh., Shikhaliyev N., Maharramov A. Antimicrobial
activity of halogen-bonded bis-(2,4-bistrichlormethyl)me(II), [Ni,Cu] komplexes.
Journal of Biotechnology, 2015, v.208. p. S27
4. Ganbarov Kh.G., Suleymanova G.Ch., Hasanova S.A., Babayeva I.T. Relation of
the wood-rotting basidiomycetes, isolated from Tugay forests of Azerbaijan.
Inetrnational Jour. Applied and pure science and agriculture. 2015, v.1, N9, p.54-58
5.Masoumikia R., Ganbarov Kh. Antagonistic activity of probiotic lactobacilli
against humanenteropathogenic bacteria in hommade tvorog curd cheese from
Azerbaijan. Biolmpacts, 2015, 5(3), 151-154.
6. Agalarov R., Abdullayev Kh., Ganbarov Kh., Gasanov R. Antioxidant and free
radical quenching actiwities of traditional medicie substances, honey and vinery
products of Azerbaijan Republic. Journal of Biotechnology, 2016, v.231, p S61
7. Ganbarov Kh.G., Jafarov M.M., Hajiyeva F.T. et al. Mycogenic formation of
silver nanoparticles by the Azerbaijanese Environmental isolate Candida
macedoniensis, 2016, v.4, N5, pp.1-5
8. Ganbarov Kh.G., Agayeva N.A., Ramazanov M.A., Abdulhamidova S.M.,
Agamaliyev Z.A., Eyvazova G.M. Extracellular formation of silver nanoparticles by
the cell filtrate of Actinomyces sp. NSX-333. International Jour. Research studies in
Biosciences, 2016, vol.4, N11, p.1-5.
9. Ganbarov Kh.G., Mammadova R.M., Agayeva S.A., Hosseinnecat S.S.
Antimicrobial activity of essential oils of aromatic plants. Inter. J. Innovative res. In
Science, Engin. Texnology, 2016, vol.5, N 11, p. 19775-19780
10. Ganbarov Kh.G., Suleymanova G.Ch., Babayeva R.F. Dioxygenases activity of
wood-destroying white-rot fungi, isolated from woody Biogeocenosis. Inter. J.
Innovative Res. Inscience, Engin. Technology 2016, v.5, N 8, p. 15552-15556
11. . Ganbarov Kh.G., jafarov M.M., Agamaliyev Z.A. et al. Biosynthesis of silver
nanoparticles using Sacchoromyces sp. BDU-XR1. German Science Heald, 2017,
N1, p.7-9
12.Masoumikia R.Y., Ganbarov Kh.G., Abdullayeva N.A., Youshari N. Screening,
isolation and identification lactic acid bacteria with probiotic potential from
traditional dairy products of Azerbaycan. German Science Herald, 2017, N3, p.30-
34.
Dərsliklər:
1. Ганбаров Х.Г., Таги-заде З.А., Кулиева Н.А. Биотехнология. Баку, 2005,
360с.
2. Qənbərov X.Q., Abdullayeva N.A. Mikrooqanizmlərin biokimyası. Bakı, 2013,
172s.
3. Qənbərov X.Q., Abuşev R.A., Süleymanova G.Ç., Həsənova S.A. Virusologiya.
Bakı, 2013, 192s.
4. Qənbərov X.Q., Cəfərov M.M., Hüseynova S.İ., Əbdülhəmidova S.M. Maya
göbələklərinin biologiyası. Bakı, 2016, 234s.
Monoqrafiyalar:
1. Qənbərov X.Q., Kəromov V.M. Samur-Dəvəçi ovalığı meşələrində yayılmış
ağacçürüdən bazidili göbələklərin eko-bioloji xüsusiyyətləri. Bakı, 2011, 152s.
2. Qənbərov X.Q., Ağayeva S.A., Sadıxov A.S. Talış meşələrinin mikoriza
əmələgətirən bazidial göbələkləri. bakı, 2012, 178 s.
3. Ганбаров Х.Г., Абдулгамидова С. Изменчивость дрожжей и коррекция их
свойств электромагнитнами полями. Lambert Academic publishing. Berlin, 2012,
144c.
4. Qənbərov X.Q., Cəfərov M. Azərbaycan ərazisində evdə hazırlanan qatıqların
mikrobiologiyası. Bakı; Elm, 2013, 346 s.
5. Qənbərov X., Məmmədova R. Azərbaycanın ətirli bitkilərindən alınmış efir
yağlarının antimikrob xassələri. bakı: Elm, 213, 207 s.
6. Ganbarov Kh., Mammadov R., Agayeva N., Abdulhamidova S. Antimmicrobial
activity of essential oils of aromatic plants. Lambert Academic publishing.
Saarbrücken. Germany, 2016, 191p.
İxtiralar:
1.Qənbərov X., İsmayılov R., Məmmədova R. Antimikrob aktivliyə malik efir yağı
kompozisiyası
Patent.I 20110039, 03.05.2011.
2. Qənbərov X., Abışov I., Əbdülhəmidova S. Candida kefir BD2 maya
göbələklərinin xassələrinin bərpası üsulu.
Patent İ 20130051, 27.09.2013
3. Məhərrəmov A., Qənbərov X.. Sıxaliyev N., İsrayılova A. Tris-(2,4-
bis(trixlormetil))-1,3,5-triazapentadienato MN(III) kompleksi antimikrob vasitə
kimi.
Patent İ 20150065, 19.05.2015



AZƏRBAYCAN ZİYALILARI
Barxalov Barxal Şaban oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü 15.05.1944
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Fizika üzrə elmlər doktoru
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri 01.04.10

- ixtisasın adı Yarımkeçiricilər və dielektriklər fizikası

- mövzunun adı Alçaq molekullu üzvi yarımkeçirici təbəqələrində bəzi qeyri-müvazi elektron hadisələrinin tədqiqi

Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri 01.04.10

- ixtisasın adı Yarımkeçiricilər və dielektriklər fizikası

- mövzunun adı Bi2Te3, Bi2Te3-Bi2Se3 və Bi-Sb sistem kristallarının kontakt materialları ilə ayrılma sərhədinin strukturu və fiziki xassələri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 204

- xaricdə çıxmış elmi əsərlərinin sayı 116

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 37


Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı 3

- elmlər doktorlarının sayı


Əsas elmi nailiyyətləri Yeni sinif üzvi yarımkeçiricilərin elektrik və fotoelektrik xassələrinin xüsusiyyətləri, onların əsasında hazırlanmış metal-yarımkeçirici-metal strukturlarında sabit və dəyişən elektrik sahələrində müşahidə olunan bir sıra effektin, o cümlədən dielektrik relaksasiya cərəyanlarının mexanizmi aydınlaşdırılmışdır. Müəyyən edilmişdir ki, termoelementlərdə kontakt xəlitə və yarımkeçiricinin komponentlərinin reaktiv diffuziyası nəticəsində ayrılma sərhədində yeni, yüksək müqavimətli birləşmələrin çox nazik araqatı yaranır ki, o, ayrılma sərhədinin və termoelementin bütövlükdə xassələrini idarə edir. Nadir torpaq elementləri ilə aşqarlanmış yeni tərkibli termoelektrik materiallar, eləcə də aralıq qatının müqavimətini əhəmiyyətli dərəcədə kiçiltməyə və beləliklə də, termo­elementlərin effektivliyini xeyli artırmağa imkan verən xəlitələr işlənib hazırlanmış, onların əsasında yüksək parametrlərə malik olan müxtəlif təyinatlı bərk cisimli elektron soyuducuları yaradılmışdır.
Elmi əsərlərinin adları 1. Properties of Al/CuPc/Ag diode structures with Schottky barrier. Thin Solid Films, 40, L5-L7, 1977.
2. Relaxation currents in conductive organic fılms. Physica Status Sölidi (a), V. 57, No.1, pp. 209-213, 1980.

3. Electron and phonon transport in thermo¬electric material on the base of Bi85Sb15 solid solutions. Turkish Journal of Physics, V. 18, No. 12, pp. 1349-1354, 1994.

4. Структура и электрические свойства границы раздела кристаллов Bi2Sb1,5Te3 и Bi2Te2,3Se0,3 с некоторыми сплавами. Неорган. материалы, 31, № 12, стр. 194-198, 1995.

5. Effect of gamma and electron beam irradiation on anisotropy of electric properties of indium selenide. High-Energy Chemistry, No. 2, pp. 105-108, 2010.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Pedaqoji fəaliyyəti 20 il ( Ali Məktəbdə əvəzçiliklə)
Digər fəaliyyəti
Təltif və mükafatları
Əsas iş yeri və ünvanı AMEA-nın Fizika İnstitutu, Azərbaycan Respublikası, Bakı., AZ1143, H. Cavid pr. 131
Vəzifəsi Baş elmi işçi
Reytinq: