Toyda belindəki silahdan atəş açıldı, öldü » İnterxəbər.Az
interxeber.az » Hadisə » Toyda belindəki silahdan atəş açıldı, öldü


Toyda belindəki silahdan atəş açıldı, öldü

31-08-2020, 03:23
Oxunub: 140
Çap et
Türkiyədə toyda belinə taxdığı silahdan atəş açılan gənc həyatını itirib.

Sondakika.com-un məlumatına görə, hadisə Sivas şəhərində baş verib.
Məlumatda bildirilib ki, mərasim zamanı silahdan havaya atəş açan gəncin telefonuna zəng gəlib.

Bu zaman o silahı yerinə qoymaq istəyib. Lakin həmin an silahdan səhvən atəş açılıb.

Qarnından ağır yaralanan gənc xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Reytinq: