ifadə etdi” - VİDEO
“Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışı zamanı deyib.
“Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır.
Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk.
Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər”, – deyə ölkə başçısı əlavə edib.
Bölgə
İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi” - VİDEO
Siyasət
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
İdman
Arsen Venger Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətindən danışıb
Müsahibə
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Son xəbərlər
Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət