İran yerli istehsal peyklərini orbitə çıxaracaq » İnterxəbər.Az
interxeber.az » Texnologiya » İran yerli istehsal peyklərini orbitə çıxaracaq


İran yerli istehsal peyklərini orbitə çıxaracaq

29-05-2021, 11:36
Oxunub: 358
Çap et
İran yaxın zamanlarda yerli istehsal olan bir neçə peykini orbitə çıxaracaq.

Bu barədə IRNA xəbər yayıb.

Məlumata əsasən, peyklər ilk növbədə 160 – 2 min km yüksəklikdəki aşağı Yerətrafı orbitə buraxılacaq. Bu məqsədlə hazırda “Nahid 1”, “Nahid 2”, “Simurq”, “Tolo”, “Zülcənah”, “Pars 1” və “Zəfər 2” peykləri üzərində işlər aparılır.

Bununla yanaşı, Yerin sinxron günəş orbitinə çıxarılması planlaşdırılan aparatların da işlənib hazırlanması istiqamətində fəaliyyətlər davam etdirilir.
Reytinq: