Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib.
"Düşünürəm ki, Gürcüstan nümayəndə heyətini bu məkanda (Beynəlxalq Gənclər Festivalında) ilk dəfə deyil ki, görürsünüz. Bəli, bizim rəsmi diplomatik münasibətlərimiz mövcud deyil, lakin buna baxmayaraq, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əlaqələrimiz aktiv şəkildə inkişaf edir. Nəhayət ki, - bu məqamda "alleluya" sözünü işlədəcəm, çünki bu, çoxdan gözlənilən bir hadisə idi - viza məhdudiyyətləri aradan qaldırıldı. Əgər əvvəllər bu foruma yalnız Gürcüstandan gələn kiçik qruplar, xüsusi nümayəndə heyətləri qatıla bilirdisə, indi bu ölkənin hər bir sakini, hər bir vətəndaşı bu imkandan yararlana bilər. Biz hər kəsi gözləyirik. Biz həqiqətən də darıxmışıq. Ən uyğun söz budur: biz bir-birimiz üçün darıxmışıq ", - deyə, o, forumda müxtəlif ölkələrin geniş təmsil olunmasının əhəmiyyəti barədə sualı cavablandırarkən qeyd edib.
Zaxarova rusiyalılar üçün Gürcüstanda turizm istiqamətinin açıq olduğunu və inkişaf etdiyini də vurğulayıb. "Orada bizimkiləri necə qarşılayırlar, necə yüksək səviyyəli xidmət göstərirlər. Eyni sözləri Rusiya haqqında da deyə bilərəm. Biz həm turist axınını, həm də beynəlxalq tədbirlər platformaları da daxil olmaqla, istənilən digər humanitar, iqtisadi və biznes məqsədli səfərləri səbirsizliklə gözləyirik", - deyə o izah edib.
Rusiyalı diplomat Gürcüstan nümayəndə heyəti ilə ünsiyyətdə olduğunu, həmçinin Gürcüstanı təmsil edən jurnalistlərin ona suallar ünvanladığını diqqətə çatdırıb. "Biz sülh niyyəti ilə müraciət edənlərin qarşısında heç vaxt sədd çəkməmişik və maneələr yaratmamışıq. İstər qeyri-dost rejimləri olan ölkələrin nümayəndələri, istərsə də müttəfiqimiz olan dövlətlərin təmsilçiləri olsun, heç bir zaman hər hansı bir ayrı-seçkilik tətbiq edilməyib", - deyə o bildirib.
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər