Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

İnterxəbər "Report"a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron rəisin otağını hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə dağılıb.

R.Vəliyev təhlükə hiss edən kimi otağı tərk etdiyi üçün xəsarət almayıb. İdarədə olan polislər arasında ölən olmayıb.

Qeyd edək ki, Rüstəm Elçin oğlu Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto