Hesablama Palatasında qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında auditor Vəfa Mütəllimovanın təqdim etdiyi “2025-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin və xərclərinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.
Bakues.az Palataya istinadən xəbər verir ki, iclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev və sədr müavini Səfər Mehdiyev iştirak ediblər.
Müzakirə zamanı deputat auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib, təkliflər irəli sürüb. Fondun sədri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə