Türkiyədə növbəti prezident seçkilərinin 16 aprel 2028-ci ildə keçiriləcəyini gözləyirəm. Bu tarix prezident idarəetmə sisteminə keçidimizi təmin edən referendumun keçirildiyi gündür və rəmzi əhəmiyyət daşıyır.

Bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum ölkə mediasına açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə namizəd olacaq.