İdman
13.12.2014, 19:32
Çexiyada yaşayan azərbaycanlıdan hakimə unikal hədiyyə - FOTOLAR
Artıq "Qarabağ" üçün bu il hər şeyin geridə qaldığını düşünə bilərik. Çünki inandırıcı görünmür UEFA-nın çex hakim Zelinkanın verdiyi səhv qərarı dəyişməsi. Amma buna baxmayaraq, azərbaycanlıların etirazları davam edir. FaktXəbər-in məlumatına görə, Çexiyada yaşayan azərbaycanlı Eldar Vəliyev də etirazını özünəməxsus şəkildə bildirmək istəyib. O, Çexiya Futbol Federasiyasına Zelinkaya çatdırılmaq üçün hədiyyə göndərib. Həmin hədiyyə paketinin içərisində isə (-4) ölçülü eynək olub. Bununla da, həmyerlilərimiz hakimin gözünün "kor" olmasını Çexiya Futbol Federsiyasının rəhbərliyinə çatdırmaq istəyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay