11-22 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı, daha çox COP29 kimi tanınan tədbir keçiriləcək. Ətraf mühitin qorunması sahəsində dünyanın ən böyük və əhəmiyyətli tədbiri olaraq, bu forum Bakıda onminlərlə qonağı bir araya gətirəcək. Qonaqlar arasında müxtəlif səviyyələrdən olan ekspertlər, dövlət qurumlarının nümayəndələri və dövlət başçıları olacaqlar.

Bu cür miqyaslı tədbirlərin keçirilməsi ev sahibi ölkə üçün təkcə qürur mənbəyi deyil, həm də təşkilati və intellektual resursların səfərbər edilməsini tələb edən böyük bir çağırışdır. Bununla belə, forumun keçirilməsi ilə bağlı bütün məsələləri həll edərkən Azərbaycan siyasi xarakterli əlavə çağırışla üzləşdi. Bu ilin yayından başlayaraq ölkəmizə qarşı qara PR kampaniyası başladı. Düşmən fəaliyyətlər bir çox metodlarla həyata keçirilir, lakin Azərbaycanın bədxahları öz iyrənc təbliğatları üçün mərkəzi platforma olaraq "X" sosial şəbəkəsini seçiblər.

Bu barədə "Caliber"in Yutub layihəsində qeyd olunub,

Müəllif daha sonra bildirir ki, bu şəbəkədə kampaniya bu ilin iyun ayında başlayıb və onun ermənimənşəli, yaxud erməni mövqeyində duran şəxslər tərəfindən aparıldığını görmək çətin deyil:

"Onlar sistematik şəkildə dünya ictimaiyyətini siyasi səbəblərdən COP29-u boykot etməyə çağırırlar. Kampaniyanın əsas məqsədləri: ölkəmizin nüfuzuna xələl gətirmək; COP29-un Bakıda keçirilməsinin qarşısını almaq; konfransdan Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə etmək, xüsusilə də istintaq altında olan ermənimənşəli hərbi cinayətkarların azad edilməsinə nail olmaqdır.

Yəqin ki, xatırlatmaq lazımdır ki, haqqında danışılan saxlanılan şəxslər 1992-2020-ci illərdə Ermənistanın işğalı dövründə Azərbaycanın Qarabağ bölgəsində törətdikləri aşağıdakı cinayətlərdə ittiham olunurlar: təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və ya başlanması; silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması; silahlı münaqişə zamanı hərəkətsizlik və ya cinayətkar əmrlərin verilməsi; terrorizm; terrorizmin maliyyələşdirilməsi; terrorizm məqsədilə təlimlərin keçirilməsi; qəsdən adamöldürmə; cinayətkar birliyin (cinayətkar təşkilatın) təşkili; qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması".


Son xəbərlər

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Bütün xəbərlər