2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizin öldürülməsində iştirak edən Haiti və Çili vətəndaşı Rodolf Jaar ABŞ-də ömürlük həbs cəzasına məhkum edilib.
50 yaşlı Jaar mart ayında Mayami (Florida) məhkəməsində Moizi oğurlamaq və öldürmək üçün sui-qəsdçilərə maddi dəstək verməkdə günahını etiraf edib. O, cinayətkar dəstənin tərkibində olan Kolumbiya vətəndaşlarını silah, yemək və mənzillə təmin edib.
Jaar istintaqla razılığa gedib və səlahiyyətlilərə ABŞ-də həbsdə olan daha 10 müttəhimin mühakimə olunmasına kömək edəcək məlumatları təqdim edib. Lakin məhkəmə hesab edib ki, bu yolla o, Haiti rəhbərinin qətlində əli olduğunu təsdiqləyib.
Hazırda ABŞ-də Moizin qətlinin təşkilində ittiham olunan 11 nəfər həbsdədir. Ümumiyyətlə, qətlə görə 40-dan çox adam həbs edilib.
Xatırladaq ki, prezident Moiz 2021-ci ilin iyulun 7-nə keçən gecə yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində öldürülüb, həyat yoldaşı yaralanıb.![]()
![]()
Son xəbərlər
Öz iqamətgahında öldürülən Haiti prezidentinin sui-qəsdçilərindən birinə hökm oxundu - FOTO
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə