Rusiyanın Sankt-Peterburq şəhərinin sahillərində kiçik həcmli gəmi teploxodla toqquşmadan sonra batıb.

RİA Novosti”yə istinadən xəbər veririk ki, hadisə zamanı xilasedicilər tərəfindən bir neçə nəfər sahilə çatdırılıb.

İlkin məlumata görə, "Neva-1" teploxodu ilə kiçik həcmli gəmi toqquşub.

"Toqquşma nəticəsində göyərtəsində 6 nəfərin olduğu kiçik həcmli gəmi batıb, gəmidəki şəxslər xilasedicilər tərəfindən sahilə çatdırılıb, heç kim zərər çəkməyib”, - xəbərdə deyilir.

İstintaq orqanları teploxodla kiçik həcmli gəminin toqquşması faktı üzrə araşdırma aparır.