Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ölkə ərazilərinin üsyançı Ənsarullah hərəkatından (husilər) azad edilməsi məqsədilə hərbi əməliyyata başlanıldığını elan edib.
Alimi bu barədə xalqa müraciətində deyib.

“Konstitusiya öhdəliyimizə uyğun olaraq, bu gün respublikanın qalan ərazilərini geri qaytarmaq, habelə dövlətin və onun təsisatlarının hakimiyyətini bütün milli əraziyə şamil etmək məqsədilə hərbi əməliyyatların başlandığını elan edirəm”, - Alimi bildirib.