Rusiyanın dəmir yolu infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna ehtiyat lokomotivlərin kəskin çatışmazlığı ilə üzləşib. Bu da taxıl və dəmir filizi ixracını təhlükə altında qoyur.

Bu barədə Ukraynanın aqrar siyasət naziri Taras Vısotski deyib.

Onun sözlərinə görə, Ukraynanın ehtiyat dəmiryol texnikaları demək olar ki, tükənib. Buna görə də hakimiyyət orqanları əlavə lokomotivlər təmin etmək üçün eyni dəmiryol eninə malik AB ölkələri ilə danışıqlar aparır.

Qeyd edək ki, son həftələrdə Rusiya Ukraynanın əsas ixrac yüklərini - taxıl və dəmir filizini daşıyan qatarlara qarşı hücumları əhəmiyyətli dərəcədə artırıb.