Almaniya kansleri Fridrix Merz Kiyevə gözlənilmədən səfər edib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Merz jurnalistlərə açıqlamasında səfərinin məqsədinin Almaniyanın Ukraynaya dəstəyi olduğunu bildirib:

"Mən bu gün Kiyevə gəldim, çünki Ukraynanın yaxın həftələrdə bizim dəstəyimizə ehtiyacı var. Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq”.