Fransa millisinin baş məşqçisi Zinəddin Zidan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun ətrafında yaranmış vəziyyəti şərh edib.
Bu barədə jurnalist İlyes Piters "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldu baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişəyə görə Portuqaliya millisinin düşərgəsini tərk edib. İddialara görə, təcrübəli hücumçu milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib.
Zidan Ronaldunun karyerasını yüksək qiymətləndirərək onunla birlikdə işləmək imkanına sahib olduğu üçün məmnunluğunu ifadə edib:
"Kriştianu Ronaldu? Onun möhtəşəm karyerasına haqqını vermək lazımdır. Bəxtim gətirib ki, onunla birlikdə çalışmışam. Onun sayəsində inanılmaz kuboklar qazandım. Mən bütün futbolçulara, xüsusən də Kriştianuya böyük hörmətlə yanaşıram", - deyə Zidan bildirib.
Qeyd edək ki, Ronaldo və Zidan 2016-2018-ci illərdə "Real Madrid" klubunda birlikdə çalışıblar. Həmin dövrdə Madrid təmsilçisi İspaniya çempionu olub və ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər
Prezident İlham Əliyev: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
Son xəbərlər
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Müsahibə
Prezident: "Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Siyasət
Fransa Ermənistana 250 milyon avro kredit verir
Siyasət
Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi
Son xəbərlər