Son xəbərlər
29.08.2020, 03:29
Evdən çıxmadıqda belə koronavirusa yoluxmaq mümkündür
Hamam otağı mənzildə koronavirusun aşkar oluna biləcəyi ən təhlükəli yerdir. Belə ki, virus zərrəcikləri borular vasitəsi ilə hərəkət edərək, mənzillərə daxil ola bilərlər.
“Bloomberg”in məlumatına görə, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin alimləri məlumat veriblər.
Bildirilir ki, mütəxəssislər Çinin Quançjou şəhərində boş mənzildə çanaq, kran və duş dəstəyi üzərində SARS-CoV-2 müəyyən ediblər.
Virusun bura kanalizasiya boruları vasitəsilə ötürüldüyünü düşünən elm adamları nəzəriyyəni yoxlamaq qərarına gəliblər. Nəticədə, eksperimentin keçirildiyi yerdən 10 və 12 mərtəbə yuxarıda vanna otağında koronavirus aşkarlanıb.
Alimlər hesab edir ki, kifayət qədər su axıdılmadıqda virus boruda hava axını ilə yuxarı qalxır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay