Ukraynada fevralın 27-də Odessa ərazisində Rusiya ordusunun atdığı raketin avtomobili partlatması nəticəsində ölən dörd soydaşımızın nəşi sabah Azərbaycana gətiriləcək.
Bu barədə Oxu.Az-a Kəlbəcərin Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov məlumat verib.
O bildirib ki, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan soydaşlarımızın ailələri artıq Azərbaycana gətiriliblər:
“Soydaşlarımızın nəşləri hələ Moldovadakı xəstəxanalardan birinin morqundadır. Yaralı olan iki soydaşımız da həmin xəstəxanada müalicə alır. Həkimlər yaralıların xəstəxanadan çıxarılmasına icazə verməyiblər. Həlak olan şəxslərin yaxınları artıq Azərbaycana gətirilib. Ölən soydaşlarımızın sənədləri ilə bağlı məsələ cənazələrin ölkəyə gətirilməsini bir qədər yubadır. Nəşlərin gətirilməsi üçün zəruri hazırlıqlar artıq tamamlanıb. Sabah cənazələr ölkəyə gətiriləcək”.
Xatırladaq ki, Odessadakı hadisə nəticəsində soydaşlarımız, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan Rəhim Əli oğlu İsmayılov və qardaşı Nemət Əli oğlu İsmayılov, Qabil Rəhim oğlu İsmayılov və Camal Mirzənəsir oğlu Salmanov həlak olublar.
Yaralananlar isə Süleyman Nemət oğlu İsmayılov, Tacir Rövşən oğlu Tağıyev və Niyazi Rövşən oğlu Tağıyevdir.
Son xəbərlər
Ukraynada ölən dörd soydaşımızın nəşi sabah Azərbaycana gətiriləcək
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər