Siyasət
25.11.2015, 19:19
Məmmədyarov “Şərq tərəfdaşlığı” ölkələrinin qeyri-rəsmi görüşünə qatılacaq
Siyasi əlaqələr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Noyabrın 26-27-də Tbilisidə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin 6-cı qeyri-rəsmi görüşü keçiriləcək.
Intexəbər APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovda iştirak edəcək.
Toplantıya Aİ tərəfdən Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və Aİ Xarici Siyasət İdarəsinin sədr müavini Helqa Şmid qatılacaq.
Tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri və digər rəsmi şəxsləri iştirak edəcək. Görüşdə siyasi əlaqələr və sağlamlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay