“Hesab edirəm ki, biz yeni reallıq yaratmışıq. Çünki dondurulmuş münaqişələr dünyanın bir çox yerlərində var. Təkcə postsovet məkanında yox. Bu münaqişələrə nəzər salsaq, onların mənşəyini və indiki vəziyyəti təhlil etsək, görərik ki, artıq o ölkələrin vətəndaşları da, müəyyən dərəcədə beynəlxalq ictimaiyyət bu vəziyyətlə barışıb, razılaşıb, yaxud da ki, bunu alternativsiz bir variant kimi qəbul edib. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır”.
Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:
“Burada bu streotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgər bu amillərin vəhdəti varsa, deməli bu streotiplər qırılacaq.
Birincisi, güclü siyasi iradə olmalıdır. Liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm, deyərəm ki, bu 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi, amma hər zaman var idi.
Bu münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri id. Kim necə istəyir, elə də qəbul etsin. BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrə “yox” demək, onların idarəsindən kənarda addımlar atmaq əlbəttə ki, o qədər də asan məsələ deyil.
İkincisi, xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətlə razılaşıbsa, barışıbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb.
Mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq. Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev hər yerdə Qarabağ məsələsini qaldırır? Bu mövzuya aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də bu məsələni qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. İkincisi, bu, heç vaxt daxildə unudulmasın. Heç vaxt məcburi köçkünlərdə ümidsizlik yaranmasın. Eyni zamanda cəmiyyətdə bu məsələ unudulmasın.
Real vəziyyət onu göstərirdi ki, bu məsələnin hərbi yolla həlli bizə baha başa gələ bilər. Hətta bütün imkanlarımız olsa belə, bunun hesabı ağır ola bilərdi.
Üçüncüsü, əlbəttə ki, güclü ordu olmalıdır. Bu olmasa, heç bir münaqişə həll oluna bilməz. Və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi.
Bir də ki, nəsil yetişməlidir. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan son 17 ildə yetişən insanlarımızdır. Yaşlı nəslin əlbəttə ki, böyük əməyi, təcrübəsi var. Amma döyüşə gedən, sinəsini atəş altına qoyan 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır”.
Son xəbərlər
İlham Əliyev: “Eyni sözləri min dəfə deyirdim ki, adamların beyninə girsin”
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər